24 İyun 2026
Ölkə futbolu

Millimizin sabiq üzvü futboldan kənarlaşdırıldı 

Azərbaycan millisinin sabiq futbolçusu Mert Çelik cəzalandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi mərc oyunları ilə bağlı fəaliyyətinə görə 45 gün müddətinə futboldan kənarlaşdırılıb.

25 yaşlı oyunçu bu müddət ərzində heç bir futbol fəaliyyətində iştirak edə bilməyəcək.

Qeyd edək ki, Mert Çelik karyerası ərzində Azərbaycanda “Neftçi” və “Səbail” komandalarının formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43