“Liverpul”un hücumçusu Aleksander İsak zədəsini tam sağaldıb.
İdmanxeber.az-ın məlumatına görə, isveçli forvard bütün fiziki testləri uğurla keçib və 90 dəqiqə oynamağa hazırdır.
26 yaşlı futbolçu bu mövsüm 8 matçda 1 qol və 1 asistlə yadda qalıb.
“Liverpul” Premyer Liqanın növbəti turunda noyabrın 22-də “Nottingem Forest”i qəbul edəcək. Komanda “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindəndir.

