22 İyul 2026
Ölkə futbolu

Millimiz Şimali İrlandiyaya məğlub oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Centenary” stadionunda keçirilən görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda son oyununu noyabrın 18-də Malta yığmasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43