“Qalatasaray” “Real”ın hücumçusu Rodriqonu icarəyə götürmək istəyir.
İdmanxeber.az AS- a istinadən xəbər ki, İstanbul klubu “Real” futbolçunun maaşının yarısını ödəməyə razılaşsa, bu keçidə ciddi yanaşacaq.
Braziliyalı vinger daha çox oynamaq üçün Çempionlar Liqasında çıxış edən komandaya icarə keçməyə hazırdır.
Rodriqo bu mövsüm 13 oyunda 2 assist edib. Onun “Real”la müqaviləsi 2028-ci ilə kimidir.

