18 İyun 2026
Ölkə futbolu

Axundov narazıdı – Elmar Baxşıyev göndərilir?

Misli Premyer Liqasının XIII turunda “Araz Naxçıvan” səfərdə “Qəbələ”yə məğlub oldu (1:2). Matçı izləyənlər arasında Naxçıvan Futbol Federasiyasının prezidenti və kluba  qeyri-rəsmi rəhbərlik edən Zaur Axundov da var idi.

Naxçıvan təmsilçisinin de-fakto prezidenti görüşün ardından komandanın oyunundan çox narazı qalmışdı. O, məğlubiyyətin əsas günahkarı kimi baş məşqçi Elmar Baxşıyevi görürdü.

Məğlubiyyətdən sonra çox əsəbi görünən Axundov yanındakı şəxslərə Baxşıyevin komandanı düzgün oynatmadığını bildirirdi. Klubun əsas söz sahibinin baş məşqçidən bu qədər narazılıq etməsi təcrübəli mütəxəssisin “Araz-Naxçıvan”dakı gələcəyinin sual altında olduğunu göstərir.

Son 6 rəsmi görüşdə cəmi bir qələbə qazanan komandada hazırda əsas hədəf Elmar Baxşıyevdir. Əgər yaxın vaxtlarda onunla yollar ayrılsa bu, heç də sürpriz olmayacaq.

Həsən Quluzadə / İdmanxeber.az 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43