23 İyul 2026
Ölkə futbolu

“Qəbələ” “Araz Naxçıvan”ı məğlub etdi

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qarşılaşma “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.

Qeyd edək ki, “Qəbələ” ilk hazırlıq matçında “Kəpəz”ə qalib gəlib (3:1). “Araz-Naxçıvan” isə klubun əvəzedici komandasını 7:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43