23 İyul 2026
Ölkə futbolu

Türkmənistanlı hücumçu “Turan Tovuz”da 

Türkiyədə hazırlıqlarını davam etdirən “Turan-Tovuz” heyətini gücləndirmək niyyətindədir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi baxışa yeni oyunçu dəvət edib. Hücumçu mövqeyində çıxış edən futbolçu artıq klubun düşərgəsindədir.

Bu, türkmənistanlı forvard Vaxıt Orazsaxedovdur. Ötən mövsümü ölkəsinin “Altın Asır” klubunda keçirən 33 yaşlı oyunçu hazırda klubsuzdur.

Bir dönəm “Səbail”də də oynamış hücumçu barədə hələlik yekun qərar verilməyib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43