23 İyul 2026
Dünya futbolu

Roman Qriqorçuk Ukrayna klubunda

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk yenidən “Çernomorets”ə qayıdıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Qriqorçuk daha əvvəl 2010–2014 və 2021–2024-cü illərdə də “Çernomorets”i çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43