Bu gün Azərbaycan Premyer Liqasında bir oyun keçirilib.
İdmanxeber.az xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edib. Görüş Tovuz təmsilçisinin qələbəsilə başa çatıb – 3:0.
Hazırda Tovuz klubu 40 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb.
24 fevral (çərşənbə axşamı)
15:00. “Qəbələ” – “Turan Tovuz” 0:3
Qollar: Alexandro Serrano, 9 (0:1), Filip Ozobiç, 18 (0:2), Seydina Keyta, 47-avtoqol (0:3)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

