12 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Sabah” oyunu – Ən yaxşılar kim oldu?

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, günün son oyunu isə turun mərkəzi qarşılaşası hesab olunub. Böyük maraqla gözlənilən matçda “Qarabağ” “Sabah”la heç-heçə edib – 3:3.

Oyunun ardından futbolçuların performansı qiymətləndirilib. “Sofascore” nəşri “Qarabağ”da ən yüksək qiyməti Kamilo Durana verib.

Kolumbiyalı hücumçu 8.0 balla matçın ən yüksək qiyməti alan futbolçusu seçilib. Ağdam təmsilçisində zəif çıxış edən isə Elvin Cəfərquliyev olub (6.2).

“Sabah”ın heyətində ən yüksək qiyməti isə Aaron Maluda (7.4) alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43