22 İyul 2026
Ölkə futbolu

Andrade “Qarabağ”da 200-cü oyununu keçirdi

Leandro Andrade “Qarabağ”da 200-cü oyununu keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəinin yubileyi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.

Leandro 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.

Qeyd edək ki, Andrade “Qarabağ”da 2021/22 mövsümündə debüt edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43