23 İyul 2026
Ölkə futbolu

Azərbaycan çempionatında yeni dövr başlayır? – Büdcə artırılır, status dəyişir

AFFA Azərbaycan II Liqasında çıxış edən klubları sevindirməyə hazırlaşır.

İdmanxeber.az-a verilən məlumata görə, federasiya nəhayət ki, komandalara ayrılan büdcəni artırmaq niyyətindədir. Hazırda yarıpeşəkar statusunda keçirilən turnirdə bir neçə dəyişiklik də gündəmdədir.

Bununla bağlı artıq çempionatda çıxış edən klublara məlumat verilib. Onlara  lisenziyalaşdırma işlərinə ciddi yanaşmalarını və bütün sənədləri qaydaya salmaları bildirilib.

Hazırda klublara mövsüm ərzində ayrılan məbləğ 58 min manatdır. İddiaya görə, bu vəsait 150 min manata çatdırılacaq.

Əgər qurum rəhbərliyi bu addımı atsa, II Liqada çıxış edən klubların işləri xeyli asanlaşacaq. Çünki bu turnirdə mübarizə aparan əksər komandaların sponsoru yoxdur.

Mövsüm ərzində ayrılan 58 min manatla isə ayaqda qalmaq çox çətindir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43