20 İyun 2026
Ölkə futbolu

Azərbaycan Kuboku: “Zirə”dən qələbə, “Qarabağ” heç-heçə etdi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək.

İdmanxeber.az xəbər verir ki, ilk oyunların ikisi də eyni günə nəzərdə tutulub.

Əvvəlcə “Turan Tovuz” “Zirə” ilə üz-üzə gəlib. Görüş qəsəbə təmsilçisinin qələbəsilə başa çatıb – 2:0.

Günün ən çox maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. “Qarabağ” “Sabah”la heç-heçə edib – 2:2.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.

3 aprel (cümə)

17:30. “Turan Tovuz” – “Zirə” 0:2
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00. “Qarabağ” – “Sabah” 2:2
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43