İsveçli gənc yarımmüdafiəçi Lukas Berqvall transfer bazarında diqqət mərkəzində qalır.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” və “Çelsi” 20 yaşlı futbolçunu yayda transfer etmək üçün izləyir. “Tottenhem” onu “satılmaz” hesab etsə də, klubun nəticələrindən asılı olaraq vəziyyət dəyişə bilər.
Bildirilir ki, rəqib klublar London təmsilçisinin zəifləməsi halında transfer üçün daha ciddi təkliflərlə çıxış etməyi planlaşdırır.
Berqvall isə “Tottenhem”in uzunmüddətli layihəsinin əsas hissəsi kimi görülür.

