10 İyun 2026
Dünya futbolu

“Bayer”dən gələcəyin ulduzuna uzunmüddətli müqavilə

“Bayer” Almaniyanın ən istedadlı gənc futbolçularından sayılan Kennet Ayxhornu transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, 16 yaşlı yarımmüdafiəçi Berlin “Herta”sından ayrılaraq Leverkuzen klubuna qoşulub. Futbolçu ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Onun xidmətində “Bavariya”, “Mançester Siti” və “Liverpul” da maraqlı idi. Ayxhornun qərarında Leverkuzen rəhbərliyinin layihəsinin mühüm rol oynadığı bildirilir.

Klub bu transferi gələcəyə investisiya kimi qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43