Azad agentə çevrilən Ceydon Sanço yenidən Dortmund “Borussiya”sına qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubunun rəhbərliyi futbolçunun transfer imkanlarını dəyərləndirir. Sançonun yüksək maaşı danışıqlarda əsas maneə hesab olunur.
26 yaşlı vinger son mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, 39 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda Dortmund təmsilçisi futbolçunun ən real variantlarından biri sayılır.

