23 İyun 2026
Dünya futbolu

“Tottenhem” Qakponu hədəfə aldı

İngiltərənin “Tottenhem” klubu “Liverpul”un hücumçusu Kodi Qakponun transferi üçün çalışır.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisinin futbolçunun vəziyyətini yaxından izlədiyi bildirilir. Qakpo son mövsüm Premyer Liqada sabit çıxışı ilə diqqət çəkib.

“Tottenhem” rəhbərliyi hücum xəttini gücləndirməyi prioritet hesab edir.

Hələlik klublar arasında rəsmi danışıqların başlamadığı qeyd olunur. Bununla belə, transferin yaxın həftələrdə gündəmə gələcəyi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43