“Real” “Arsenal”ın müdafiəçisi Piero Hinkapienin transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi müdafiə xəttini daha da gücləndirmək niyyətindədir. Ekvadorlu futbolçu son illərdə Avropada ən perspektivli müdafiəçilərdən biri hesab olunur.
Klub rəhbərliyi onun çıxışlarını dünya çempionatında da izləyir. Transferlə bağlı ilkin təmasların olduğu bildirilir.
Hinkapienin gələcəyi ilə bağlı yekun qərarın turnirdən sonra veriləcəyi gözlənilir.

