Almaniyanın “Bavriya” klubu yay transfer dövründə bir neçə futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi heyəti yeniləmək niyyətindədir. Joao Palinya, Brayan Saraqosa və Saşa Boey kimi oyunçuların satıla biləcəyi bildirilir. Klub bu transferlərdən milyonlarla avro gəlir əldə etməyi planlaşdırır.
Rəhbərlik artıq bəzi futbolçulara qərarını çatdırıb. Danışıqların yaxın günlərdə aktivləşəcəyi gözlənilir.”

