“Neftçi”nin anlaşma əldə etdiyi Qvadelupa vətəndaşı olan mərkəz müdafiəçisi Andrev Qravillon artıq Bakıdadır.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı təcrübəli oyunçu bu gün tibbi baxışdan keçəcək. Əgər tibbi baxışdan uğurla keçsə, onunla 2 illik müqavilə bağlanması nəzərdə tutulub.
Qeyd edək ki, futbolçu hazırda azad agentdir.
Müdafiəçi son mövsümü İtaliyanın “Peskara” klubunda keçirib. O, komandası ilə 24 oyunda forma geyinib.

