23 İyun 2026
Dünya futbolu

“Liverpul” Barkola uğrunda mübarizəyə qoşuldu

PSJ-nin gənc ulduzu Bredli Barkola yay transfer pəncərəsinin ən çox danışılan futbolçularından birinə çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” fransalı vinger üçün yeni təklif hazırlayır. Futbolçunun da Premyer Liqaya keçidə müsbət yanaşdığı bildirilir.

PSJ isə oyunçunu heyətdə saxlamaq niyyətindədir. Buna baxmayaraq, tərəflər arasında danışıqların davam etdiyi vurğulanır.

Barkolanın gələcəyi ilə bağlı yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43