24 İyun 2026
Dünya futbolu

“Barselona”dan ayrılan qapıçı Yunanıstan klubunda

“Barselona” qapıçısı İnyaki Penya karyerasını Yunanıstanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu 27 yaşlı qolkiperin “Panatinaikos”a transfer olunduğunu rəsmən açıqlayıb. İspan qapıçı Afina təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Transfer məbləğinin təxminən 3 milyon avro olduğu bildirilir. Penya son mövsümü icarə əsasında “Elçe”də keçirmişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43