22 İyul 2026
Ölkə futbolu

“Neftçi” “Dinamo”nu qəbul edir – YENİLƏNİR

“Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayır.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gələcək.

Bakıdakı “Palms Sports Arena”da keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.

20:00. “Neftçi” – “Dinamo”

Baş hakim: Kostas Fellas, Kipr

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43