“Neftçi”nin Konfrans Liqası II turu çərçivəsində “Dinamo”ya qarşı oyunda zədələnən futbolçusu Emil Balayevin durumuna aydınlıq gəlib.
İdmanxeber.az-a verilən məlumata görə, millimizin üzvünün dizində ağrılar olduğu üçün məcburi əvəzlənmişdi. Ancaq onun durumu ciddi deyil.
Balayev baş məşqçi Yuri Vernidub şans verəcəyi təqdirdə, cavab görüşündə meydana çıxa biləcək.
Xatırladaq ki, “Dinamo” – “Neftçi” matçı ayın 30-da, saat 21:00-da start götürəcək.

