Kateqoriyasız

AFFA-dan 20 manatlıq cəza

Bu gün AFFA-nın İntizam Komitəsi I divizionun XXV turununda keçirilən oyunlarla bağlı iclas keçirib. 

İdmanxeber.com-un məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub.

“Rəvan” – “Neftçala” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Şahdağ” – “Zirə” görüşündə “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Mil-Muğan” matçında “Qaradağ Lökbatan” klubunun 5, “Mil-Muğan”ın  isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki  klub 100 manat cərimə olunur. Oyunun 69-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Emin Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

“Kəpəz” – “Ağsu” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43