Kateqoriyasız

Ansi Aqolli: “Qarabağ”ın turu keçmək ehtimalı böyükdür”

“Qarabağ”ın “Viktoriya” ilə ilk oyununa baxdım. Çox maraqlı və gərgin qarşılaşma oldu. İki komanda arasında böyük fərq yoxdur”.

Bu sözləri İdmanxeber.az saytına bir dönəm Ağdam təmsilçisində çıxış etmiş Ansi Aqolli komandanın Çempionlar Liqasının pley-off mərhələsində keçirdiyi ilk oyunu dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“İlk görüşdə “Qarabağ”ı daha keyfiyyətli gördüm. Komandanın nə oynadığı konkret bilinirdi. “Qarabağ” gözəl futbol oynayır. Təbii ki, “Viktoriya” da zəif deyil. Fiziki cəhətdən güclüdürlər, yaxşı mübarizə aparırlar. Müdafiə olunmağı bacarırlar. Bizi çox maraqlı cavab oyunu gözləyir. Görüşü səbrsizliklə gözləyirəm. Ümid edirəm ki, “Qarabağ” qalib gələr. Komandanın turu keçmək ehtimalı böyükdür”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43