Kateqoriyasız

“Bu oyun “Viktoriya”nın gələcəyi üçün vacibdir”

“Axşamkı oyun təkcə bu mövsüm yox, “Viktoriya”nın gələcəyi üçün də çox önəmlidir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri çexiyalı sabiq futbolçu Martin Vozabal yerli mətbuata açıqlamasında deyib. O, “Viktoriya”nın nəyin bahasına olur-olsun qruplara qalmalı olduğunu da qeyd edib:

“Komanda bu gün milyonların qazanılacağı önəmli bir matça çıxır. Əgər “Viktoriya” qrup mərhələsinə vəsiqə qazansa, klubun sahibi ilə bağlı məsələ də həllini tapacaq. Nəticə olsa, prezident Adolf Sadekin “Viktoriya”nı satacağını düşünmürəm”.

“Viktoriya” – “Qarabağ” görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43