Kateqoriyasız

“Qarabağ”ın hücumçusu ilə Mane eyni siyahıda

2022/23 mövsümündə ən çox qol vuran seneqallı futbolçuların siyahısı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ilk “10-luq”da “Qarabağ”ın futbolçusu İbrahima Vadji də yer alıb. O, cari mövsüm çıxıdğı 7 oyunda 4 qol vurmağı bacarıb. Siyahıda “Bavariya”lı Sadio Mane Çinin “Şanxay Port” komandasının üzvü Şerif Ndiaye ilə 2-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, İbrahima Vadji ötən mövsümün əvvəlindən “Qarabağ”da çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43