Qəbələdə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” hazırlığın ikinci mərhələsini yekunlaşdırıb.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ikitərəfli oyun keçirən komanda Bakıya dönüb. Futbolçular bu gün istirahət edəcək. Komanda məşqlərini avqustun 3-nə qədər Bakıda davam etdirəcək, daha sonra mövsümün ilk oyununda iştirak etmək üçün Tovuza yola düşəcək.

