Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin “Kəpəz”ə keçməsinin səbəbi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə 31 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda bir neçə komandadan təklif alsa da, Gəncə təmsilçisinə sonda keçməyə qərar verib: “Düşündüm ki, mənim üçün ən yaxşı yer məhz “Kəpəz”dir. Ona görə də bu komandanı seçdim”.
Təcrübəli oyunçu yeni komandasına tez uyğunlaşmaq istədiyini söyləyib: “Yaxşı kollektiv qurulub, hamı bir-birilə mehribandır. Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəyəm”.
Həsənalızadə “Kəpəz” azarkeşlərindən də söz açıb: “Onlar sayılıb-seçilən fanatlardır. Hər oyunda kifayət qədər tərəfdar olur. Stadionda yaxşı atmosfer yaradırlar. Onları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq.Ümid edirəm ki, bu mövsüm daha yaxşı nəticələr qazanacağıq”.

