22 İyul 2026
Dünya futbolu

Avropa Liqası oyunu öncəsi “Fənər”də ciddi itkilər

“Fənərbağça” UEFA Avropa Liqasının 5-ci turunda İstanbulda “Ferentsvaroş”u qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, komandada ciddi çatışmazlıqlar var. Cayden Ostervolde, İsmail Yüksek və Fred cəzalıdır. Sebastian Şimanski və Çağlar Söyüncü zədə səbəbindən oynamayacaq.

Cenk Tosun və İrfan Can Kahveci isə baş məşqçi Domeniko Tedeskonun qərarı ilə heyətdən kənarlaşdırılıb.

Matç sabah Bakı vaxtı ilə 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43