11 İyun 2026
Ölkə futbolu

Azərbaycan çempionatı başa çatdı

Çimərlik futbolu üzrə Azərbaycan çempionatı başa çatıb.

İdmanxeber.az xəbər verir ki, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan “VTB Bank” ölkə çempionu olub. “Marafon” isə yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.

13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusuna verilən mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (“VTB Bank”), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.

Çempion komanda “VTB Bank” Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43