Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçirilib. “Qarabağ” evdə “Şamaxı”nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında ilk oyunda “Şamaxı” 2:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra “Qarabağ” yarımfinalda “Qəbələ” – “Sabah” cütünün üstün tərəfi ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün “Zirə” adını turnirin yarımfinalına yazdırmağı bacarıb.
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
4 mart (çərşənbə)
19:00. “Qarabağ” – “Şamaxı” – 3:1
Qol: Emmanuel Addai, 6 (1:0), Karim Rossi, 31 (1:1), Emmanuel Addai, 61 (2:1), Leandro Andrade, 63 (3:1)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 1:2

