19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, yığmamız İrlandiyanın Dublin şəhərindəki Tallaght stadionunda İrlandiya komandası ilə qarşılaşıb.
Qarşılaşma 3:0 hesabı ilə irlandiyalı futbolçuların xeyrinə başa çatıb.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu aprelin 5-də Polşa komandasına qarşı keçirmiş və oyunda hesab açılmamışdı.

