19 İyun 2026
Kateqoriyasız

“Kəpəz” “Qarabağ”la oyuna ciddi itki ilə çıxacaq

Premyer Liqanın 29-cu turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlığını yekunlaşdırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “sarı-göylər” matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi “Azərsun Arena”da çıxıb.

Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.

Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma  Nəsirov zədəlidir. Gənc futbolçu tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib. Nəsirov haqda son qərar bu gün təkrar müayinədən sonra veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43