22 İyul 2026
Dünya futbolu

“Barselona” Pedrini itirdi

“Barselona”nın yarımmüdafiəçisi Pedri zədələnib.

İdmanxeber.az xəbər verir ki, futbolçu sağ bud əzələsindən aldığı zədə səbəbindən təxminən bir ay meydanlardan kənarda qalacaq. Pedri zədəsini Çempionlar Liqasının 7-ci turunda “Slaviya” ilə səfər matçında (2:4) alıb.

Qeyd edək ki, o, bir müddət əvvəl də ciddi zəddə səbəbindən bir ay məşqlərdən uzaq qalmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43