22 İyul 2026
Dünya futbolu

Braziliya klubundan “Fənərbağça”nın hücumçusu ilə bağlı açıqlama

“Fənərbağça”nın hücumçusu Enner Valensiya karyaerasını Braziliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu bir müddətdir “İnternasional” klubunun diqqət mərkəzindədir. Onun mövsüm sonu İstanbul klubundna ayrılacağı gözlənilir.

Braziliya təmsilçisinin rəhbəri Allessandro Barkelos Valensiyanın komandaya mümkün transfer ehtimalına münasibət bildirib.

“Ennerin indi komandaya qoşulmayacağını deyə bilərəm. Amma bir neçə aydan sonra durum dəyişə bilər” – deyə, klub prezidenti açıqlama verib.

Valensiya Super Liqada 20 oyunda 23 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43