Dünya futbolu

“Bavariya” Keynlə danışıq aparıb

“Bavariya” yayda hücum xəttini gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi  “Tottenhem”in hücumçusu Harri Keynin atası ilə danışıqlar aparıb.

Bundan sonra “Bavariya” rəhbərliyi onun İngiltərədə qalmağa daha çox meyilli olduğunu düşünür.

Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 32 oyunda 25 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43