İdman

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Türkiyə millisi ilk qələbəsini qazanıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində daha bir oyun keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, B qrupunda yer alan Türkiyə ilə Qazaxıstan yığmaları Bakı Tennis Akademiyasında III tur matçında üz-üzə gəliblər.

İlk iki turda məğlub olan türkiyəlilərin güclü rəqibə də uduzmaları gözlənilirdi. Lakin Qazaxıstan seçməsi ardıcıl iki qələbədən sonra budəfəki rəqibinə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, günün bundan əvvəlki oyunlarında Ukrayna CAR-ı 6:1, Çexiya Gürcüstanı 6:3 hesablı məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43