11 İyun 2026
Ölkə futbolu

Belarus millisinin baş məşqçisi Azərbaycan klubuna gəlir?

Belarus milli komandasının baş məşqçisi Karlos Alos karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssisə ölkəmizdən təklif var. Yerli mətbuat klub adı açıqlamasa da, Azərbaycandan təcrübəli çalışdırıcıya maraq olduğunu iddia edib.

Alosun gələcəyi ilə bağlı yekun qərar Belarus Futbol Federasiyasının yeni prezidentinin kimliyi bəlli olduqdan sonra veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43