Kateqoriyasız

Binəqədidə 171 idmançının iştirakı ilə turnir keçirildi

Taekvando üzrə 07-08 iyun Binəqədi rayon 100 nömrəli məktəbdə Neftçi idman klubunun Binəqədi komandasının uşaqlar arasında açıq birinciliyi keçirilib.

Yarışın təşkilatçısı məşqçi Elməddin Vəliyevdən aldığımız məlumata görə, yarışda 20004-2005-ci il təvllüdlü uşaqlar öz qüvvələrini sınayaraq aralarında ən güclüləri müəyyən ediblər. 171 idmançının iştirakı ilə keçən yarışın qalibləri medallar və diplomlarla mükafatlandırılıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43