Kateqoriyasız

“Xəzər Lənkəran” 4 futbolçu ilə razılıq əldə etdi: 1-i legioner, 3-ü yerli

Mövsümlərarası yay fasiləsi dövründə transfer çalışmalarını davam etdirən “Xəzər Lənkəran” aktiv fəaliyyətə keçib.

İdmanxeber.com-un məlumatına görə, adları öncədən tərtib edilmiş transfer siyashısında olan bir neçə futbolçu ilə danışıqlar müsbət nəticələnib. Həmin məlumata görə artıq 4-futbolçu ilə ilkin razılaşma da əldə olunub. Qeyd edək ki, biri legioner o biriləri isə yerlilər olan futbolçuların adlarının açıqlanmamasının səbəbi klub tərəfinin israrlı tələbidir. Lakin eyni zamanda sızdırılan xəbərə görə ilkin razılaşma əldə olunan Azərbaycanlı futbolçulardan biri “Qarabağ” klubunda forma geyinib. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43