UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib. “Bavariya” “Latsio”nun qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0.
PSJ isə evdə “Real Sosyedad”ı qəbul edib. Paris klubu 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 5-də keçiriləcək.
14 fevral
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
00:00. “Latsio” (İtaliya) – “Bavariya” (Almaniya) – 1:0
Qol: İmmobile, 69-pen.
Qırmızı vərəqə: Upamekano, 67 (“Bavariya”)
Baş hakim: Fransisko Leteye (Fransa)
“Stadio Olimpico”
00:00. PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) – 2:0
Qoll: Mbappe, 58, Barsola, 72
Baş hakim: Marko Quida (İtaliya)
“Parc des Princes”

