Dünya futbolu

Dieqo Simeonenin oğlu “Napoli”də!

İspaniyanın “Atletiko” (Madrid) komandasının baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni Simeone karyerasını “Napoi”də davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Verona”nın futbolçusu mövsümün sonunadək icarəyə götürülüb.

27 yaşlı hücumçu yeni komandasında müəyyən göstəricilərə çatsa, klub onu birdəfəlik almağa məcbur olacaq.

Qeyd edək ki, argentinalı forvard ötən mövsüm “Verona”nın heyətində 35 oyuna çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43