23 İyun 2026
Dünya futbolu

Dünya çempionu məşhur klubla anlaşdı

“River Pleyt” “Sevilya”nın müdafiəçisi Markos Akunyanın transferini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı argentinalı 2020-ci ildən İspaniya klubunda çıxış edir. O, Əndəlus klubunun heyətində 149 oyun keçirib, 6 qol vurub və 16 məhsuldar ötürmə edib.

 Müdafiəçi Argentina millisində də 59 oyun keçirib. O, milli komanda ilə 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunun qalibi olub və iki dəfə Amerika Kubokunu (2021, 2024) qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43