Kateqoriyasız

“Düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik” – Mahmut Qurbanov

Misli Premyer Liqasının üçüncü turunda “Səbail” “Şamaxı”nın qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, matç 1:1 hesablı bərabərliklə başa çatıb. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında “Dənizçilər”in baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Oyun ağır və çətin keçdi. İlk əvvəllərdə heç də yaxşı oynamırdıq. Amma qol vura bildik. Birinci hissədə komandada hərəkət az idi. Buna baxmayaraq, 1 xalı qazanmağı bacardıq. Komandada hərəkət az olduğuna görə fasilədən sonra üç əvəzetmə həyata keçirdik. Düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43