Kateqoriyasız

“3 oyundur əzmkarlıq göstəriririk” – “Şamaxı”nın baş məşqçisi

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın III turunun “Səbail”lə oyununu şərh edib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla başa çatan matçla bağı bunları deyib:

“Azarkeşlərə təşəkkür edirik. Möhtəşəm idilər. 3 oyundur əzmkarlıq göstəririk. Düzdür, hazırlaşmaq üçün vaxtımız az idi. Buna baxmayaraq, rəqibi yaxşı təhlil etmişdik. Rəqibin cərimə meydançasında çoxala bilirdik.

Vaxt lazımdır. Heyətimiz gəncdir, perspektivlidir. Futbolçularıma təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43