Kateqoriyasız

“Qarabağ”ın qazandığı milyonlar – TƏKCƏ UEFA-dan YOX

Ölkəmizi Çempionlar Liqasinda təmsil edən “Qarabağ”ın təxmini gəliri bəlli olub.

İdmanxeber.az-ın məlumatina görə, təmsilçimiz həm UEFA-dan gələn gəlir, həm de bilet satışindan kassasına yaxşı vəsait yerləşdirə bilib.

Komanda ÇL-in hazırkı mərhələsinə kimi 5 milyon avro əldə edib.

Əgər komanda avrokuboklarda yoluna Avropa Liqasının qrup mərhələsindən davam etdirsə yenə büdcəsini zənginləşdirə biləcək. Belə ki, UEFA AL-nin qrupuna qatıldığı üçün “Qarabağ”a 4,1 milyon avro ödəyəcək.

Ümumlikdə komandamız ÇL-nın pley-off mərhələsinə yüksəlməsi və AL-nın qrup mərhələsini təmin etdiyi üçün 9,11 milyon avro (15.78 manat) gəlir əldə edib.

“Qarabağ” əgər Çexiya klubu “Viktoriya”nı da məğlub edib qruplara qalsa, daha 15.64 milyon avro qazanacaq.

Təmsilçimiz təkcə UEFA-dan gələn gəlirlə büdcəsini artırmayıb. Həmçinin komanda Bakıda keçirdiyi 4 oyunda (“Lex”, “Sürix”, “Ferentsvaroş” və “Viktoriya” ilə matçlar) bilet satışından 2.5 milyon manatdan çox vəsait əldə edib. 

“Köhlən atlar” ÇL-də qruplara qalsa bilet satışından azı bu qədər də məbləği əldə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43