Dünya futbolu

“Qalatasaray”dan çətin qələbə – VİDEO

Bu gün Türkiyə Super Liqasında III tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Qalatasaray” səfərdə “Ümraniyespor”la üz-üzə gəlib. Matç qonaqların minimal hesablı qələbəsiylə başa çatıb. Yeganə qolu 86-cı dəqiqədə Bafetimbi Qomis vurub.

Turun digər görüşləri avqustun 20 və 21-də keçiriləcək.

Türkiyə Super Liqası
III tur

19 avqust

Ümraniyespor – Qalatasaray – 0:1
Qol: 
B.Qomis, 86


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43