23 İyul 2026
Dünya futbolu

“Fənərbağça” heyətini gücləndirdi

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu Meksika millisinin üzvü Edson Alvaresi icarə əsasında transfer edib. 27 yaşlı müdafiəçi “Vest Hem”dən 1 illik müddətə gətirilib.

Alvares ötən mövsüm İngiltərə klubunun heyətində 31 oyuna çıxıb və 1 assistlə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43